06.04.2022

"Süni intellekt və data elmi" təlim layihəsinə qeydiyyat prosesi bitib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən təşkil olunan “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinə qeydiyyat prosesi başa çatıb.

Layihənin ilkin qeydiyyat prosesi onlayn qaydada aparılıb. Qeydiyyat forması müraciət edənlərin riyaziyyat, statistika, proqramlaşdırma və dünya görüşü ilə bağlı ümumi biliklərini ölçməyi hədəfləyib.

Layihəyə ümumilikdə 215 nəfər qadın, 388 nəfər isə kişi olmaqla 603 şəxs müraciət edib. 10 aprel tarixində ilkin qeydiyyat prosesindən uğurla keçən şəxslərlə Bakı şəhərində seçim imtahanı təşkil olunacaq və 8 aprel tarixinədək yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərə seçim prosesinin növbəti mərhələsi olan seçim imtahanında iştirak etmək üçün dəvət məktubu göndəriləcək.

“Süni intellekt və data elmi” təlim proqramı layihəsinin qeydiyyat anketini doldurmuş şəxslərdən müraciət zamanı qeyd etdikləri əlaqə vasitələrini mütəmadi olaraq yoxlamaqları xahiş olunur.

Qeyd edək ki, “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsi ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirmək məqsədi ilə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən həyata keçirilir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr və yeni məzunlar bu sahədə ekspert olan təlimçilər tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcəklər və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.