Müəllif müsabiqəsinin qeydiyyat müddəti uzadıldı
ARTİ Təhsil Resursları Mərkəzi riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait, elektron dərslik) hazırlanması üzrə müəllif müsabiqəsi elan edir.
Namizəd üçün tələblər:
• Riyaziyyat fənni üzrə dərin biliklər. Elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər;
• Araşdırmaçılıq və tədqiqatçılıq keyfiyyətləri;
• Yüksək özünütəhsil vərdişləri;
• Xarici dil – rus və ingilis dil biliyi (ən azı oxuyub-anlama səviyyəsində);
• Kompüter və İKT-dən istifadə bacarıqları;
• Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı;
• Pedaqoji təcrübə;
• Fənn kurikulumu ilə tanışlıq;
• Tədris resurslarının hazırlanması üzrə təcrübə (arzuolunandır).
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən CV-lərini
g.ashurova@arti.edu.az elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur.