13.04.2022

Tərbiyəçi-müəllimlər üçün İKT kursu

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində "İnformasiya və kommunikasiya texnologiyaları" adlı kurs həyata keçirilir. Layihə çərçivəsində çalışan 355 tərbiyəçi-müəllimin iştirak edəcəyi İKT kursu ümumilikdə 18 qrup olmaqla, 9 aprel-28 may tarixlərini əhatə edəcək.

 

Kursun təşkili qruplara görə 3 hissəyə bölünüb:

 

9 aprel - 23 aprel, 6 mərkəz üzrə 121 nəfər - Ağcabədi, Balakən, Şamaxı, Tovuz, Gəncə və Bakı 
 

24 aprel - 8 may, 6 mərkəz üzrə 113 nəfər - Biləsuvar, Salyan, Zaqatala, Bərdə, Kürdəmir və Şəmkir

14 may - 28 may, 6 mərkəz üzrə 121 nəfər - Sumqayıt, Ağdaş, Lənkəran, Masallı, Quba və Şəki

 

İKT Kursu aşağıdakı 14 mövzunu əhatə edir:

 

- Əlavə (köməkçi) qurğuların qoşulması və istifadə olunması (printer, proyektor, interaktiv lövhə, datakart, mobil telefon və s.);

- Windows Əməliyyat sisteminin Standart proqramları;

- İş masası. Fayl və qovluqlar. Mübadilə buferi (Clipboard);

- MS Paint qrafik redaktoru;

- Microsoft Office proqramları ilə tanışlıq;

- Microsoft Office Word proqramında mətnlərin yaradılması;

- Microsoft Office Excel hesabat cədvəllərinin yaradılması;

- İnternet haqqında ümumi anlayışlar;

- İnternetdə informasiyanın (şəkil, video, məqalələr, sənədlər və s.) axtarışı. Axtarış sistemləri;

- Şəkillər üzərində iş;

- Zoom üzərindən görüşlərin təşkili və qoşulması

- Sosial şəbəkələr;

- Google alətləri (gmail, drive, translate, map və s.);

- Youtube-dan video yükləmə və videoların redaktə olunması.