20.04.2022

MDPİM tərəfindən ümumtəhsil müəssisələrinin kitabxanaçıları ilə görüş təşkil edilib

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən 19 aprel 2022-ci il tarixində 18, 35, 38, 51, 75, 154, 173, 227 və 301 nömrəli tam orta məktəblərin kitabxanaçıları ilə görüş təşkil edilib. Görüşün keçirilməsində məqsəd qeyd edilən ümumtəhsil müəssisələri üzrə Məktəbin İnkişaf Planında (MİP) öz əksini tapan istiqamətlərə uyğun olaraq öyrənmə mühitinin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında kitabxanaların fəaliyyətini daha da artırmaqdır.

Görüş iştirakçıları “Kitabxana işinin təşkili” barədə təqdimatlar nümayiş etdirib. Nümayiş əsasında kitabxanaçıların hazırki fəaliyyətləri, işlərində yaranan problemlər, dəstəyə ehtiyac duyulan sahələr və təkliflər müzakirə edilib.

Məktəb kitabxanaçıları ilə birgə məktəblərdə müəllimlər, şagirdlər, həmçinin valideynlər arasında mütaliəyə həvəsin artırılması üzrə müvafiq təşəbbüslərin göstərilməsi, şagirdlər və pedaqoji heyət arasında oxumağa marağın artırılması, oxu guşələrinin yaradılması və şagirdlərin yaradıcılığının dəstəklənməsi ilə bağlı bir sıra fəaliyyətlər planlaşdırılıb.