ARTİ-də növbəti açıq qapı günü keçirildi
ARTİ doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün 19 aprel 2022-ci il tarixində növbəti açıq qapı günü keçirib.
Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov sənəd qəbulu barədə ümumi məlumat verib.
Daha sonra Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşı Aynur Əlimuradova 2022-ci il üçün nəzərdə tutulan doktorantura və dissertanturaya onlayn müraciət qaydaları ilə bağlı təlimatları izah edib, sənəd qəbulu prosesi zamanı iddiaçıların rast gəldiyi problemlərin həlli ilə bağlı istiqamətlər verib, ən çox verilən suallar və onların cavablarından ibarət təqdimatla çıxış edib.
Sonda isə iddiaçıları maraqlandıran suallar cavablandırılıb.