"Məktəbəqədər təhsildə yeni yanaşmalar" mövzusunda dəyirmi masa keçirilib
ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı ilə 12 aprel 2022-ci il tarixində Abşeron rayonu 24 saylı körpələr evi və uşaq bağçasında "Məktəbəqədər təhsildə yeni yanaşmalar" mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri 24 saylı körpələr evi və uşaq bağçasının müdiri Leyla Bayramova açaraq məktəbəqədər təhsilin məzmunu, müəssisədə aparılan işlər, mövcud problemlər, onların həlli yolları və müasir yanaşmaların tətbiqi zərurətindən danışıb. Laləzar Cəfərova müasir məktəbəqədər təhsilin məzmunu, təhsilə yeni yanaşmalar, təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında məlumat verdikdən sonra məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.
Tədbirdə Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova, şöbə əməkdaşları Kifayət Məmmədova, Rüxsarə Tağıyeva, İlahə Orucova və Xırdalan şəhərinin 25 saylı körpələr evi və uşaq bağçasının müdiri Ofeliya Mustafayeva, 26 saylı körpələr evi və uşaq bağçasının müdiri Nigar Səfərova, Ceyranbatan qəsəbəsinin 2 saylı körpələr evi və uşaq bağçasının müdiri Zeynəb Ağayeva, Xırdalan şəhərinin 15, 17, 23, Saray qəsəbəsi 19 saylı körpələr evi və uşaq bağçasının tərbiyəçi-müəllimləri iştirak edib.