26.04.2022

"Karbohidrogenlər" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 27 aprel tarixində saat 16:00-da kimya fənni üzrə “Karbohidrogenlər” mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı Mühəndislik Universitetinin Kimya-biologiya kafedrasının müdiri Elmar İmanov çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.