26.04.2022

63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq kampı təşkil olunub

Norveçdə 6-16 iyul 2022-ci il tarixlərində təşkil ediləcək 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq kampı təşkil olunub.

Kamp 17-23 aprel tarixlərində İlyas Əfəndiyev adına Elitar gimnaziyada keçirilib. Kampda olimpiadanın əsas sahələrinə aid məsələlər həll edilib. 

Məsələlər Kvanta (https://en.kvanta.xyz/) Beynəlxalq Olimpiadalara hazırlıq üzrə cəmiyyət tərəfindən seçilib və müzakirəsi həmin cəmiyyətin peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilir.