26.04.2022

ARTİ MDPİM tərəfindən məktəbəsaslı metodik xidmətin göstərilməsi çərçivəsində fəaliyyətlər davam edir

Metodik xidmət göstərilən məktəblərdən olan 51 nömrəli tam orta məktəbdə Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, ingilis dili müəllimlərinin dərsləri dinlənilib, dərsdinləmə zamanı müşahidə olunan məsələlər məktəb heyəti ilə birlikdə geniş müzakirə edilib.  

Məktəbdə Azərbaycan dili və ibtidai sinif müəllimləri ilə Azərbaycan dili fənninin tədris metodikasının spesifik xüsusiyyətlərinə həsr olunmuş təlim təşkil edilib. Təlim zamanı müəllimlərlə fənnin tədris məqsədləri, ümumi təlim nəticələri, altstandart əsasında təlim nəticələrinin (dərsin məqsədinin) müəyyənləşdirilməsi mövzularında müzakirələr aparılıb, praktik tapşırıqlar işlənilib. Eyni zamanda, bir mətn nümunəsi üzərində oxu prosesinin təşkili icra edilib. Daha sonra şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişafına xidmət edən tapşırıqlar işlənilməklə müəllimlər əyani olaraq prosesə cəlb ediliblər. 

Müəllim heyəti üçün 12 aprel 2022-ci il tarixində təşkil edilən "Dərs tipləri, şagirdlərə differensial yanaşma, təfəkküryönümlü tapşırıqların hazırlanması" adlı təlimdə iştirakçılara dərsdə şagirdlərə differensial yanaşma, təfəkküryönümlü tapşırıqların hazırlanması, inteqrasiya, dərs tipləri, öyrənmə tərzləri haqqında məlumatlar verilib, praktik tapşırıqlar işlənilib, iştirakçıların sualları cavablandırılıb. 

Formativ qiymətləndirmə mövzusunda 14 aprel 2022-ci il tarixində məktəbin müəllim heyəti üçün təşkil edilən təlimdə iştirakçılarla formativ qiymətləndirmənin məqsədi, üsul və vasitələri, effektiv əks-əlaqənin yaradılması, şagirdlərə konstruktiv rəylərin verilməsi  mövzularında müzakirələr aparılıb, müəllimlərə praktik nümunələr təqdim olunub, sonda isə iştirakçıların sualları cavablandırılıb.