29.04.2022

"Hidrosfer" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 4 may tarixində saat 17:00-da coğrafiya fənni üzrə “Hidrosfer” mövzusunda keçiriləcək.

Vebinarın keçirilməsində məqsəd bölmənin surətli sorğu ilə təkrarlanması, MİQ qaydalarına uyğun sualların müzakirəli şəkildə cavablandırılması və mövzularla əlaqələndirilməsidir.

Vebinarda spiker qismində coğrafiya müəllimi Famil İsayev çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.