ARTİ tərəfindən tədqiqatlar aparılır
ARTİ tərəfindən 2021-ci ildə həyata keçirilmiş məktəb əsaslı psixososial dəstək proqramının effektivliyini qiymətləndirmək üçün tədqiqat aparılır.
Tədqiqat zamanı 9 bölgə (Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Gəncə, Naftalan, Tərtər, Tovuz, Füzuli) üzrə müəllim, məktəb psixoloqu, şagird və valideynlər arasında sorğular keçirilir, sorğu vasitəsilə təsiri ölçülə bilməyən məqamların müəyyənləşdirilməsi üçün fokus qrup müzakirələr təşkil olunur.
Qeyd edək ki, sözügedən tədqiqat Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyilə ARTİ tərəfindən icra olunan “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində aparılır.
Tədqiqatın nəticələri barədə məqalələrin yazılması nəzərdə tutulur.