04.05.2022

"MathCamp 2022" və "IT Camp Hackathon 2022" - "Yaz düşərgəsi"nin bağlanış mərasimi keçirilib

ARTİ və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə 29 aprel-3 may tarixlərində Quba rayonunda təşkil edilən “MathCamp 2022” və “IT Camp Hackathon 2022” - “Yaz düşərgəsi”nin bağlanış mərasimi keçirilib.

Düşərgənin bağlanışı ilə əlaqədar keçirilən tədbirdə tələbələrə verilən xüsusi tapşırıqların təqdimatı baş tutub. Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və  ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov düşərgə iştirakçılarını təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yekunda düşərgənin iştirakçıları sertifikatla təltif edilib.