06.05.2022

ARTİ MDPİM tərəfindən təcrübəçi tələbələr üçün təşkil edilən təlim və seminarlar davam edir

26 aprel 2022-ci il tarixində MDPİM-də Qərbi Kaspi Universitetinin təcrübəçi tələbələrinin inkişafına yönələn “Esse yazmağın qısa yolu” adlı seminar keçirilib. Təlim zamanı iştirakçılara əvvəlcə esse haqqında qısa məlumat verilib, sonra Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından seçilmiş nümunə əsasında onlara şairin poemanı yazma səbəbi haqqında esse yazmaq tapşırılıb. İştirakçılar yazını tamamladıqdan sonra təqdimatlar əsasında onlara esse yazarkən nələrə diqqət etmələri, hansı açar sözlərdən istifadə etmələri, faktları vurğulamaqla fikirlərini necə əsaslandıra biləcəkləri izah olunub. Eyni zamanda, onlara essenin strukturu, xülasəsi, başlıca komponentləri olan giriş, əsas və nəticə hissələri haqqında ətraflı izah verilib.

Qeyd edək ki, təcrübəçi tələbələr üçün nəzərdə tutulan təlim və seminarlar növbəti həftələrdə də təşkil olunacaq.