06.05.2022

Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu 15 may tarixində keçiriləcək

İmtahanın final turunda iştirak etmək üçün şagirdlər 6-13 may tarixləri ərzində buraxılış vərəqəsini əldə edə bilərlər. Buraxılış vərəqəsinin yüklənməsi prosesi qeyd edilən tarixlərdə https://portal.edu.az/ platforması vasitəsilə həyata keçiriləcək.

Buraxılış vərəqəsi əldə etməkdə problem yaşayan şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri və ya yerli təhsil idarəetmə orqanlarına müraciət etmələri xahiş olunur.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.