10.05.2022
"Tabeli mürəkkəb cümlələr" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 11 may tarixində saat 17:00-da Azərbaycan dili fənni üzrə “Tabeli mürəkkəb cümlələr” mövzusunda keçiriləcək.
Vebinarın məqsədi tabeli mürəkkəb cümlələrdə baş və budaq cümləni müəyyənləşdiməkdir.
Vebinarda spiker qismində AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi Xankişiyev Məhəmməd çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.