"Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş" təlimləri yekunlaşıb
ARTİ tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb. Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olmuşdur.
Təlimlərdə təlimçi qismində ARTİ əməkdaşları iştirak edib.
Yekunda 8 nəfər təlimlərdə müvəffəqiyyətlə iştirakına görə sertifikat qazanıb.
ARTİ tərəfindən təlimlərin növbəti aylarda yenidən təşkil olunması gözlənilir.