11.05.2022

Məktəblilərimiz 39-cu Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

4-9 may 2022-ci il tarixlərində 39-cu Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. 6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıb.

Belə ki, TN-nin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X və XI sinif şagirdləri Cəlil Hüseynov və Toğrul Abbasov gümüş medal, həmin liseyin X sinif şagirdi Fidan Qarayeva, XI sinfi şagirdi Amin Cəfərzadə və Bakı şəhəri, 2 nömrəli Texniki-Humanitar Liseyin XI sinif şagirdi Elçin Musazadə isə bürünc medal qazanıb.

2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz tərəfindən ümumilikdə 1 qızıl, 16 gümüş, 35 bürünc medal qazanılıb.