12.05.2022
"Azərbaycan XX əsrin 20-40-cı illərində" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 13 may tarixində saat 17:00-da tarix fənni üzrə “Azərbaycan XX əsrin 20-40-cı illərində” mövzusunda keçiriləcək.
Vebinarın məqsədi dinləyicilərə qeyd olunan mövzularla bağlı çətinliklərin aradan qaldırılmasında dəstək olmaq, test nümunələri ilə mövcud bilikləri möhkəmləndirməkdir.
Vebinarda spiker qismində ADPU-nin doktorantı, Hədəf liseyi və kursunun tarix müəllimi Şakir Hüseyn çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.