12.05.2022

"Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu" mövzusunda vebinar keçiriləcək

18 may  tarixində saat 15:00-da “Formativ qiymətləndirmədə konstruktiv rəyin rolu” mövzusunda vebinar keçiriləcək. 

Vebinarda spiker qismində Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə təşkilatının Kurikulum Proqramları üzrə müdir müavini Abigail Barnett çıxış edəcək. 

Vebinarın məqsədi konstruktiv rəy haqqında sualları cavablandırmaq, eləcə də təhsil ictimaiyyətinin, xüsusilə müəllimlərin məlumatlandırılmasını təmin etməkdir.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.