12.05.2022

"Təbiət fənlərində 5E modeli" mövzusunda vebinar keçiriləcək

16 may tarixində saat 20:00-da “Təbiət fənlərində 5E modeli”  mövzusunda vebinar keçiriləcək.

Vebinarın məqsədi təbiət fənlərində 5E modelinin tətbiqinin izah edilməsidir.

Vebinarda spiker qismində BMU-nun Kimya-biologiya kafedrasının baş müəllimi, “Təbiət V” dərslik komplektinin həmmüəllifi Elşad Yunusov çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.