16.05.2022

Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib

15 may tarixində ölkə üzrə 25 müxtəlif mərkəzdə Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilib. Hər 2 müsabiqə üzrə ümumilikdə 6985 nəfər (Fənn müsabiqəsi 4510, Lütfi Zadə 2475 nəfər) final mərhələsində iştirak hüququ əldə edib. 

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Müsabiqələrin nəticələri 23 may tarixindən etibarən portal.edu.azolimpiada.edu.az saytları vasitəsilə elan ediləcək.