16.05.2022

"Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik bərabərsizliklər" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 17 may tarixində saat 17:00-da riyaziyyat fənni üzrə "Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqrifmik bərabərsizliklər" mövzusunda keçiriləcək.

Vebinarın məqsədi riyaziyyat müəllimlərinə "Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqrifmik bərabərsizliklər"ə aid bəzi maraqlı tapşırıqların səmərəli həll üsullarını xatırlatmaqdır.

Vebinarda spiker qismində riyaziyyat üzrə fəlsəfə doktoru, 244 nömrəli məktəbin riaziyyat müəllimi Nargül Qurbanova çıxış edəcək.

Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.