ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinin keçirilməsinə başlanılıb
Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında (ICILS) iştirak edir.
23 maydan başlayan qiymətləndirmə Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir.
Respublika üzrə 28 məktəbin 41 sinfindən 954 nəfər VIII sinif şagirdi tədqiqatda iştirak üçün seçilib. Şagirdlər iki hissədən (bilik testləri və sorğu) ibarət sessiyada iştirak edəcəklər. Məktəb direktorları və müəllimlər arasında da sorğu aparılacaq.
Tədqiqatda iştirak üçün seçilən məktəblərin hər biri lazım olan minimal kompüterlə və internətə çıxışla təmin edilib.
ICILS VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, onların rəqəmsal düşüncə tərzi və bacarıqları arasındakı fərqləri ölçür. Tədqiqat şagirdlərin XXI əsrdə uğurlu olması üçün zəruri hesab edilən kompüter və informasiya savadlılığı üzrə müqayisəli məlumatlarla ölkələri təmin edir. Əldə edilən məlumatlar ümumtəhsil müəssisələrinin texnologiyadan istifadə səviyyəsini anlamağa və şagirdlərin rəqəmsal bacarıqlarındakı irəliləyişini izləməyə imkan verir.
Qeyd edək ki, hal-hazırda Azərbaycan həm PISA 2022 tədqiqatının əsas mərhələsində, həm də TIMSS 2023 tədqiqatının sınaq mərhələsində iştirak edir.