Komandamıza yeni qoşulan gənclərimiz
ARTİ olaraq bizimlə yeni təcrübələr əldə etmək istəyən gənclərin daim yanındayıq. Bizə yeni qoşulan komanda üzvlərimizi tanıyaq.
Cəmilə Həsənova
Hacettepe Universitetində psixologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Puzzle kids təlim və inkişaf mərkəzi” və “Qəbələ ASAN Xidmət Mərkəzi UPSİM”də uşaq psixoloqu kimi fəaliyyət göstərib. Hazırda ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsində çalışır.
Fərid Musayev
Bilkent Universitetində bakalavr və magistr təhsili alıb. ADA və Avropa Azərbaycan Məktəblərində müəllim kimi çalışıb. Hazırda ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində çalışır.
Röyal Mahmudov
Xəzər Universitetində, Humanitar təhsil və sosial elmlər fakültəsində bakalavr təhsili alıb. Hazırda ARTİ-də Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində çalışır.
Təranə Həmidova
BDU-nun Fizika fakültəsində bakalavr təhsili alıb. Ağsu şəhərinin Təklə kənd orta məktəbində və Ağsu şəhəri 2 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərib. Hazırda ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsində çalışır.
Heydər Rzayev
ADA Universitetində, Beynəlxalq Münasibətlər fakültəsində bakalavr təhsili alıb. 2019-cu ildən ali təhsil sahəsində fəaliyyət göstərən "Erasmus Tələbə Təşkilatı" ictimai birliyində idarə heyətinin üzvü və layihə meneceri vəzifəsində çalışıb. Magistratura pilləsində təhsilini "Erasmus Mundus" təqaüdçüsü olaraq davam etdirir. Hazırda ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsində çalışır.
Zeynəb Babayeva
Dövlət Gömrük Komitəsinin Akademiyasında hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ARTİ-nin Ümumi şöbəsinin baş hüquqşünası vəzifəsində çalışır.