25.05.2022

"Gender yönümlü pedaqogika: Azərbaycanda həyata keçirilən təşəbbüslər " mövzusunda məruzə dinlənilib

25 may tarixində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycanın Efiopiyadakı səfirliyi və UNESCO-nun Efiopiyadakı ofisinin birgə təşkilatçılığı ilə “Gender üzrə bərabərsizliyin tədris-təlim prosesində aradan qaldırılması-Azərbaycan nümunəsi“ mövzusunda vebinar keçirilib.

Vebinarda UNESCO-nun Afrikada Bacarıqların İnkişafı üzrə Beynəlxalq İnstitutunun direktoru Dr.Yumiko Yokozeki, Azərbaycanın Efiopiyadakı səfiriyinin müvəqqəti işlər vəkili Ruslan Nəsibov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Təhsil Nazirliyinin nümayəndələri və digər qurumlardan olan rəhbər şəxslər iştirak ediblər.

Vebinarda ARTI-nin direktor müavini Ülkər Babayeva “Gender yönümlü pedaqoqika: Azərbaycanda həyata keçirilən təşəbbüslər” mövzusunda çıxış edib.