BDU-nun "SABAH Magistratura" tələbələri Elektron Hökümətin İnkişafı Mərkəzində olublar
ARTİ-nin təşkilatçılığı ilə BDU-nun “SABAH Magistratura” proqramının “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi 25 may tarixində Elektron Hökümətin İnkişafı Mərkəzinə (EHİM) səfər edib.
EHİM daxilində gəzinti zamanı tələbələr mərkəzdəki çevik iş mühiti ilə tanış olublar. Bundan əlavə, səfər iştirakçılarına mərkəzin struktur bölmələri və görülən işlər haqqında məlumat verilib.
Daha sonra tələbələrə EHİM-in əməkdaşları tərəfindən mərkəzin yaranma tarixi, missiya və vizyonu, dövlət-vətəndaş, dövlət-biznes və dövlət-dövlət istiqamətlərində təqdim etdiyi elektron xidmətlər haqqında təqdimat keçirilib.
Qeyd edək ki, ARTİ BDU, ADPU və AzTU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.