"Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri" mövzusunda tədbir keçirilib
ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayonunun 168 saylı körpələr evi və uşaq bağçasında "Məktəbəqədər təhsilin yeni məzmunu və təşkili məsələləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə Nərimanov rayonunun digər uşaq bağçalarının tərbiyəçi-müəllimləri də iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətə müasir dövrün tələblərinə uyğun daha hazırlıqlı, sağlam, intellektli və səmərəli fəaliyyət göstərmək qabiliyyətinə malik, müstəqil həyata hazır olan şəxslərin hazırlanması, məktəbəqədər təhsil müəssisələrində yeni məzmun və təlimin təşkili, məktəbəqədər təhsildə yeni yanaşmaların tətbiqi ilə əlaqədar məlumat verilməsi və müəyyən təsəvvürün yaradılmasıdır.
Tədbir zamanı məktəbəqədər təhsilin səmərəli təşkili və təlim prosesinə yeni yanaşmaların tətbiqi məsələləri ətrafında maraqlı müzakirələr aparılıb və tərbiyəçi-müəllimləri maraqlandıran suallar cavablandırılıb.