06.06.2022

"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb

ARTİ MDPİM tərəfindən həyata keçirilən “Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb. 

Bu mərhələdə peşəyönümü koordinatorları layihə çərçivəsində görülən işlərlə bağlı təqdimatlar edir, eyni zamanda proses zamanı qarşılaşdıqları çətinlikləri və növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müzakirə edirlər.

Qeyd edək ki, “STEAM” mərkəzləri fəaliyyət göstərən bölgələrdə keçirilən təlimlərdə iştirakçılar STEAM mərkəzi, buradakı gələcəyin peşələri, onların tətbiq sahələri və bu peşələrlə bağlı texnologiyalarla, layihə əsaslı modullarla tanış olurlar. İştirakçılara təlimçilər tərəfindən 3D çap, CNC dəzgahlar, robototexnika, süni intellekt haqqında məlumat verilir, onların bu istiqamətdə sualları cavablandırılır.

Əlavə olaraq bildiririk ki, əyani şəkildə keçirilən təlimlərə 4000 nəfərə yaxın koordinator cəlb olunub. Eyni zamanda növbəti tədris ilində fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Regional Təhsil İdarələrindən nümayəndələr də təlimlərdə iştirak edir.