07.06.2022

ARTİ MDPİM 35 nömrəli tam orta məktəbdə Məktəbin inkişaf planını (MİP) təqdim edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 24 dekabr 2021-ci il tarixində 35 nömrəli tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirib. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin İnkişaf Planının (MİP) hazırlanması nəzərdə tutulub.

Qeyd edilən istiqamətlər üzrə fəaliyyətin təşkili məqsədilə 17 mart 2022-ci il tarixində MDPİM əməkdaşları ilə məktəb heyəti arasında görüş keçirilib və görüşdən sonra MDPİM əməkdaşları mütəmadi olaraq məktəbdə dərsdinləmələr təşkil edib, müxtəlif təlim və seminarlar keçiriblər. Eyni zamanda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq, kitabxanaçı və bir neçə müəllimlə fərdi söhbətlər aparılıb, MİP-də reallaşdırılması mümkün olan fəaliyyətlər üzrə təkliflər müzakirə olunub. 

Aparılan təhlil və müzakirələrdən sonra 35 nömrəli tam orta məktəbin MİP-i 6 iyun tarixində məktəb rəhbərliyi və müəllim kollektivinə təqdim edilib. 

Məktəbin İnkişaf Planı 3 illik dövrü əhatə edir və 35 nömrəli tam orta məktəbdə 2022-2023-cü dərs ilindən icrası nəzərdə tutulur.