"Məktəblərarası əlaqə" layihəsi çərçivəsində futbol turniri keçirilib
2 noyabrda Saatlı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş "Məktəblərarası əlaqə" layihəsi çərçivəsində məktəblərarası mini futbol turniri keçirilib.
Saatl rayonu 2 nömreli ümumi orta mektebin idman kompleksinde keçirilən turnirdə Gomuşçu, Varxankəd və Dədə Qorqud kənd tam orta məktəblərinin komandaları iştirak edib. Gərgin keçən oyunların nəticəsində və Dədə Qorqud kənd tam orta məktəbin komandası turnirin qalibi olub. Qalib komanda layihənin bağlaniş mərasimində kubok, medallar ve hədiyyələrlə təltif ediləcək.
Layihə üzrə intellektual yarışmada əvvəlcədən 6 məktəbin iştirakı nəzərdə tutulsa da Saatlı şəhər S.Vurğun adına 1 saylı şəhər məktəbinin iştirak etmə təşəbbüsü müsbət qarşılanıb və bununla da Saatlı rayonu Gənclər mərkəzində 7 tam orta ümumtəhsil məktəbin iştirakı ilə intellektual yarış baş tutub. Yarışda iştirak edən digər məktəblər isə Saatlı rayonunun 3 saylı, 4 saylı şəhər tam orta məktəbləri, Gomuşçu, Varxankənd, Qaracalar və Dədə Qorqud kənd tam orta məktəbləri olub.
Layihənin əsas məqsədi Saatlı rayonunda fəliyyət göstərən məktəblər arasında əməkdaşlığı və valideynlərlə məktəblər arasında əlaqələri inkişaf etdirmək, multukultural tədbirlər keçirmək, şagirdlərin buraxılış imtahanlarına hazırlanmasını təmin etməkdən ibarətdir.
AzTV-də yayımlanan "Mən azərbaycanlıyam" milli intellektual oyununun 5-ci mövsümünün qalibi, Təhsil Nazirliyinin "Məktəblinin dostu" və "Təhsil menecerlərinin peşəkarlıq inkişafı" layihələrinin iştirakçısı olaraq fəal müəllim kimi təhsil meneceri seçilən Kamran Nəsirovun fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.