08.06.2022

ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir

ARTİ MDPIM tərəfindən təşkil edilən “Refleksiv müəllim” seminarının budəfəki görüşü M.N.Tusi adına 173 nömrəli tam orta məktəbdə keçirilib.

6 iyun tarixində riyaziyyat fənnini tədris edən müəllimlər üçün təşkil edilən seminarda məktəbin riyaziyyat müəllimi Sevil Vəliyeva dərs icmalı təqdim edib. İcmalın mövzusu V sinif dərsliyində olan “Faiz, onluq kəsr, adi kəsr” mövzusu üzrə olub.

Seminarda təqdim edilən icmal əsasında faiz anlayışı, faizin modellər üzərində nümayiş etdirilməsi, onluq kəsrlərin faizlə ifadə olunması, faizin onluq kəsrlə ifadə olunması, təlim strategiyaları,  şagirdlərin qiymətləndirilməsi üçün müəllimin istifadə etdiyi formativ qiymətləndirmə və sual-cavab, müşahidə üsulları kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib.