08.06.2022

Biologiya fənni üzrə kurikulumun müzakirəsi təşkil olunub

ARTİ fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi çərçivəsində müzakirələri davam etdirir. Bu istiqamətdə növbəti görüş Bakı məktəblərində biologiya fənnini tədris edən qabaqcıl müəllimlərlə baş tutub. Görüşdə Sinqapurun Alston təhsil şirkətinin mütəxəssislərinin mentorluğu ilə təkmilləşdirilmiş biologiya fənni üzrə məzmun standartlarının müzakirəsi olub. 

Tədbirin açılışını ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov edərək, kurikulumların təkmilləşdirilməsi prosesi barədə ətraflı məlumat verib. Daha sonra işçi qrup üzvləri VII-XI siniflər üzrə biologiya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər barədə təqdimat edib.

Tədbirdə iştirak edən müəllimlər tərəfindən biologiya fənninin kurikulumunda nəzərdə tutulan yeniliklər yüksək qiymətləndirilib və müvafiq fənn kurikulumu ilə bağlı yeni təkliflər irəli sürülüb. Bu istiqamətdə ictimai müzakirələrin aparılmasınının vacibliyi qeyd edilib. 

Bənzər müzakirələrin fərqli platformalarda davam etdirilməsi planlaşdırılır.