20.06.2022

Məktəbin İnkişaf Planı təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təlimlər başladı

ARTİ MDPİM 16 iyundan etibarən Məktəbin İnkişaf Planı təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təlimlərə start verib.

Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun olaraq onlara metodik dəstəyin göstərilməsidir. 

Təlimlərdə  ilkin olaraq 38, 227, 173, 301 və 75 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri iştirak ediblər. 

Müəllimlərə “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli” mövzularında təlimlər keçirilib.  Təlimçi qismində isə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva iştirak ediblər. Təlim zamanı iştirakçılar adıçəkilən mövzular üzrə müzakirələr aparıb, müvafiq tapşırıqlara uyğun qrup işlərini həyata keçiriblər. 

Qeyd edək ki, ibtidai sinif müəllimlərinə Azərbaycan dili, riyaziyyat, metodika və pedaqogikadan təlimlərin keçirilməsi nəzərdə tutulur.