"Bir müəllimin manifesti" ixtisasartırma proqramı üzrə "Təhsil işçilərinin peşəkar inkişafı" adlı təlim kursunun yekun qiymətləndirmə mərhələsi həyata keçirilib
18 iyun tarixində ARTİ MDPİM tərəfindən “Bir müəllimin manifesti” ixtisasartırma proqramı üzrə “Təhsil işçilərinin peşəkar inkişafı” adlı təlim kursunun yekun qiymətləndirmə mərhələsi həyata keçirilib.
ADA Universiteti tərəfindən təşkil edilən 138 saatlıq təlim kursunu bitirən 37 nəfər müdavim yekun qiymətləndirmədə iştirak edib.
“Təhsil işçilərinin peşəkar inkişafı” təlim kursunda “Müasir tədrisin əsasları”, “Təhsildə tədqiqat metodları”, “Azərbaycan dilində akademik yazı”, “İngilis dili” və “Müəllim liderliyi” adlı mövzular tədris olunub.
Qeyd edək ki, 2021-ci ildən etibarən fəaliyyətə başlayan “Bir müəllimin manifesti” layihəsi ADA Universiteti tərəfindən təklif olunur və regionlardakı orta məktəblərin müəllim və direktorları üçün nəzərdə tutulub. Layihənin məqsədi aşağıdakılardır:
- Regionlardan olan müəllimlərin bilik və bacarıqlarını artırmaqla Azərbaycan təhsilinin mükəmməl səviyyəyə çatdırılması;
- Təlim-tədris zamanı müəllimlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın qurulması, tədris strategiyalarının genişləndirilməsi və ən yaxşı dərs nümunələrinin paylaşılması sayəsində müəllimlərin peşəkarlığının artırılması;
- Şagirdlərinin uğurlu nəticələr əldə etməsi üçün məsuliyyət daşıyan, tədrisdə mükəməllik modeli yaradan və nümayiş etdirən yeni nəsil müəllimlər şəbəkəsinin qurulması;
- Regionlarda işləyən müəllimlərin uğurları ilə tanış olmaq və onları yaymaq.
Qeyd edək ki, yekun qiymətləndirmə və sertifikatlaşdırma ARTİ ilə ADA Universitetinin əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Yekun qiymətləndirmədən keçən iştirakçılara dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək.