22.06.2022

Məktəbin İnkişaf Planı (MİP) təqdim olunmuş məktəblərin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb

ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planı (MİP) təqdim olunmuş məktəblərin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb.

Təlimin sonuncu günü sertifikasiya imtahanında müəllimlərə dəstək məqsədilə onlara metodika və pedaqogika üzrə çərçivə sənədi təqdim edilib və sənəddə qeyd olunan mövzularla bağlı izahatlar verilib. 
Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun onlara metodik dəstəyin göstərilməsidir. 

Qeyd edək ki, təlimlərdə  ilkin olaraq MİP təqdim olunan 5 tam orta məktəbin ibtidai sinif müəllimləri iştirak ediblər və onlara Azərbaycan dili, riyaziyyat, metodika və pedaqogikadan təlimlər keçirilib.

23 iyun tarixindən etibarən isə 178, 154, 35, 18 və 51 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün eyni məzmunda növbəti təlimlərə başlanılacaq.