23.06.2022

Azərbaycan dili və ədəbiyyat fənni üzrə seminar keçirilib

ARTİ-nin MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə təşkil etdiyi seminarlar davam edir.

21 iyun tarixində ARTİ MDPİM-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə seminar keçirilib.  

Seminarda Azərbaycan dili və ədəbiyyat fənni üzrə çərçivə sənədi ilə bağlı izahat verilib, müəllimlərin işə qəbulu imtahanında iştirak edənlərin hazırlıq səviyyəsinə qoyulan tələblərlə və imtahana salınacaq fənyönümlü metodika sualları ilə bağlı iştirakçılar məlumatlandırılıb.

Eyni zamanda əvvəlki illərdə imtahanlarda istifadə olunan suallardan nümunələr təqdim edilib və bu nümunələr əsasında həmin sualların hansı bilik və bacarıqların ölçülməsinə əsaslandığı diqqətə çatdırılıb. 
Seminar iştirakçıları onları maraqlandıran sualları səsləndiriblər və mütəxəssislər iştirakçılar tərəfindən ünvanlanan suallara aydınlıq gətiriblər.

Seminarda ARTİ MDPİM-in rəhbəri Nəzakət Mehdiyeva, MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova,  Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov və 299 saylı məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva çıxış ediblər.

Qeyd edək ki, MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mütəmadi olaraq ayrı-ayrı fənlər üzrə seminarların keçirilməsi planlaşdırılır.