Goranboyda müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən təlimlərə başlanılıb
Goranboyda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi" layihəsi çərçivəsində təlimlərə başlanılıb.
Layihənin əsas məqsədi DQ imtahanı üzrə Goranboy rayonundan iştirak etmiş və zəif nəticə göstərmiş müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilmənə nail olmaqdan ibarətdir. Bu məqsədlə də layihə çərçivəsində Azərbaycan dili və riyaziyyat müəllimlərinin pedaqoji hazırlıqlarının və test vərdişlərinin yüksəldilməsi istiqamətində təlimlər keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihənin sonunda yekun qiymətləndirmə imtahanı keçiriləcək.
Artıq layihə çərçivəsində 4 və 5 noyabr tarixlərində təlimlər keçirilib. Növbəti təlimlərin 11-12 noyabr tarixlərində keçirilməsi planlaşdırılıb.
Səməndər Həsənovun fərdi kateqoriya üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.