23.06.2022
İbtidai sinif rus bölməsi üzrə "Ədədlər və əməllər" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 28 iyun tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə “Ədədlər və əməllər” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.