30.06.2022
"Leksika. Sözün tərkibi və sözlərin quruluşu " mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 5 iyul tarixində saat 17:00-da ibtidai sinif rus bölməsi üzrə “Leksika. Sözün tərkibi və sözlərin quruluşu “ mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri T. Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.