"Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 6 iyul tarixində saat 17:00-da İbtidai sinif müəllimləri üçün "Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi, ARTİ-nin ped.e.ü.f.d. proqramı üzrə doktorantı, Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis, müəllimlər üçün ixtisasartırmaya dair təlim vəsaitlərinin müəllifi, şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə didaktik material və qiymətləndirmə vasitələrinin müəllifi Pərvinə Qədimova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.