ARTİ vakansiya elan edir
Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirmək, Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.
İş haqqında məlumat:
FTP üzrə mütəxəssis layihə çərçivəsində inklüziv təhsilə cəlb olunmuş məktəblərə mütəmadi səfər edərək və onlayn şəkildə FTP-lərin tərtibində, tətbiqində və təkmilləşdirilməsində məktəb heyətinə və valideynlərə dəstək verəcək. Mütəxəssis, həmçinin korreksiyaedici pedaqoqlar üçün xüsusi təhsil sahəsində ixtisasartırma təlim proqramlarını hazırlayacaq və məktəblərarası təcrübə mübadiləsini təşkil edəcək.
Tələblər:
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Korreksiyaedici pedaqogika və xüsusi təhsil sahələrində səriştəlilik;
- Müvafiq sahədə təlimlərdə iştirak arzuolunandır;
- Təlimçi bacarıqlarının olması arzuolunandır;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Microsoft Office proqramları ilə işləmə bacarığı;
- Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı;
- Hesabatlılıq;
- Ölkədə inklüziv təhsilin inkişafına maraq.
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslər CV-lərini 13.07.2022-ci il tarixinədək pmo@arti.edu.az elektron poçt ünvanına “Fərdi Təlim Planları (FTP) üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.