07.07.2022

ARTİ rəhbərliyi və ABŞ səfirliyinin nümayəndələri arasında görüş keçirilib

6 iyul tarixində ARTİ rəhbərliyi və ABŞ səfirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüş zamanı hər iki qurum arasında ingilis dili fənn kurikulumunun təkmilləşdirilməsində əməkdaşlığın həyata keçirilməsi və müəllimlərin ingilis dili tədrisi ilə bağlı ehtiyaclarına uyğun təlimlərin təşkil olunması əsas müzakirə predmeti olub.

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Günay Məmmədova, ABŞ səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Ramina Mürşüdova, proqram koordinatoru Səbinə Abdullayeva, mədəniyyət işləri üzrə əməkdaşı Richard Pinkham iştirak ediblər.