08.07.2022

Lənkəran rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsi keçiriləcək

ARTİ və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birlikdə təşkilatçılığı ilə 28-30 iyul tarixində Lənkəran rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsi keçiriləcək.

Düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir. Eyni zamanda düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqların rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.

Düşərgə vasitəsi ilə iştirakçılar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr barədə daha ətraflı məlumat alacaq, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olacaqlar.