BDU tələbələri "SABAH Magistratura" layihəsi çərçivəsində İsrailin Holon Texnologiyalar İnstitutunda "Yay məktəbi"ndə iştirak ediblər
BDU-nun 5 tələbəsi “SABAH Magistratura” layihəsi çərçivəsində İsrailin Holon Texnologiyalar İnstitutunda “Yay məktəbi”ndə iştirak edib.
Tələbələr 1 həftə ərzində dərslərdə iştirak edib, laboratoriyaları izləyiblər. Həmçinin, onlar İsraildə səfərdə olduğu zaman HİT-in prezidenti professor Eduard Yakubovla görüşüb. E. Yakubov tələbələrə sertifikat təqdim edib.
Tələbələr səfər haqqında fikirlərini belə ifadə ediblər: “Bu səfər bizim dünyagörüşümüzü bir çox cəhətdən genişləndirdi. Ölkəmizə qayıdanda biz müəllimlərimizin və universitet rəsmilərinin yanına gedib onlara HİT-də elmə tətbiq olunan yeni multidissiplinar yanaşma və onun BDU-da necə qəbul oluna və tətbiq oluna biləcəyini izah etmək niyyətindəyik”.
Qeyd edək ki, “SABAH Magistratura” layihəsinin icrasına 2021-ci ilin sentyabrında başlanılıb. Bu layihə üzrə bir sıra universitetlərlə əməkdaşlıq edilib və həmin universitetlərdən biri də BDU-dur.
“SABAH Magistratura” pilləsi layihəsi çərçivəsində DİM 2021-2022-ci tədris ilində ilk dəfə tələbə qəbulunu elan edib və ixtisaslaşmalara Bakı Dövlət Universitetinin “Kompüter Elmləri və Texnologiyaları” ixtisası daxildir.