08.08.2022

İbtidai sinif müəllimləri ilə keçirilən görüşlər davam edir

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə keçirilən görüşlər davam edir. 

8 avqust tarixində Xaçmaz və Siyəzən rayonlarında keçirilən görüşlərin məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir.

Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub və verilən suallar cavablandırılıb.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyeva iştirak edib.