18.08.2022
Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində müəllimlərlə keçirilən görüşlər davam edir
17 avqust tarixində A. Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə ibtidai sinif rus bölməsi üzrə təhsilverənlərlə görüş keçirilib.
Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir. Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.
Görüşdə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova iştirak edib.