ARTİ tərəfindən metodistlərin müsahibəsinə başlanılıb
ARTİ MDPİM tərəfindən 18 avqust tarixindən etibarən Regional Təhsil İdarələrinin tabeliyində olan ümumtəhsil müəssisələrində metodik xidmət göstərəcək metodistlərin müsahibəsinə başlanılıb.
Regional Təhsil İdarələrinin tabeliyində olan ümumtəhsil müəssisələrinin qabaqcıl müəllimlərinin dəvət edildiyi müsahibədə müəllimlərin metodiki kompetensiyaları, özünü təqdimetmə, ünsiyyət, əməkdaşlıq, liderlik və problem həlletmə bacarıqları dəyərləndirilir. Müsahibədən uğurla keçən namizədlərə metodika və pedaqogika ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərə sentyabr ayından başlanılması planlaşdırılır.
Qeyd edək ki, metodistlərin müsahibə mərhələsinə 18 avqust tarixindən başlanılıb və Abşeron-Xızı, Dağlıq-Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mil-Muğan, Şəki-Zaqatala, Şirvan-Salyan Regional Təhsil İdarələrinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllimləri artıq müsahibədə iştirak ediblər. Müsahibə mərhələsi 25 avqust tarixinədək davam edib.