31.08.2022

"Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində təlimlərə start verilir

1 sentyabr 2022-ci il tarixindən etibarən "Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində təlimlərə start veriləcək!

Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi və ARTİ-nin əməkdaşlığı ilə UNICEF-in “Digital Skills for Girls” proqramı çərçivəsində, STEAM, İKT və XXI əsr bacarıqları üzrə fəaliyyətlər vasitəsilə Azərbaycanda qızların bacarıq və istedadlarını dəstəkləmək üçün həyata keçirilir.

Sözügedən layihə STEAM/İKT sahələrində təhsil və təlimlər vasitəsilə, eləcə də müəllimlər və ailələrin iştirakı ilə müvafiq sahələrdə əlverişli mühiti gücləndirməklə qızların bacarıqlarının inkişafına dəstək verəcək. 

Layihənin proqramı regionlardakı STEAM mərkəzlərinin nəzdində həyata keçiriləcək. Bərdə, Lənkəran, Tovuz, Şirvan, Sabirabad olmaqla ölkənin 5 bölgəsində həyata keçiriləcək proqramın əsas məqsədi qız şagirdlərin STEAM təhsili və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi və bu istiqamətdə peşələrə yönəlməsi üçün əlverişli mühitin yaradılmasıdır.

Qeyd edək ki, proqram dekabrın sonuna kimi davam edəcək.