09.09.2022

Doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunacaq

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir.

NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

ARTİ tərəfindən konfransa müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədi ilə 14 sentyabr 2022-ci il saat 17:00-da doktorantlar və gənc tədqiqatçılar üçün onlayn infosessiya təşkil olunacaqdır.

Sözügedən konfrans haqqında bu keçiddən ətraflı məlumat əldə edə bilərsiniz.

İnfosesiyada iştirak etmək üçün qeydiyyat formasına keçid: Microsoft Forms

 Sözügüdən onlayn infosessiyada iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmiş şəxslərə onlayn infosessiyaya qoşulmaq üçün elektron poçt vasitəsi ilə 13 sentyabr 2022-ci il tarixindən gec olmayaraq keçid göndəriləcəkdir.