"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsinin ikinci mərhələsinə start verilib
ARTİ Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə 2021-2022-ci tədris ilində həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsinin ikinci mərhələsinin icrasına başlamışdır. Cari tədris ilində 10 region üzrə inklüziv məktəblərin sayı 22-yə çatmışdır.
Layihənin məqsədi inklüziv sinif təşkil edilən ümumtəhsil müəssisələrinin şəbəkəsini genişləndirərək Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.
Əlavə olaraq bildirmək istərdik ki, Bakı şəhərində inklüziv məktəbəhazırlıq qruplarına son üç tədris ilində ümumilikdə 15 əlilliyi olan şagird cəlb edilmişdir.
Aşağıdakı linkə keçid edərək layihə ilə bağlı videoçarxı izləyə bilərsiniz: https://bit.ly/3Sb8AKV